Fevralın 28-dək Gürcüstanda güclü külək gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq edib.
“Fevralın 25-dən 28-dək Qara dənizin sahilyanı rayonlarında, Zemo İmereti, Kolxeti düzü və Qori-Surami hissəsində şərq küləyinin arabir güclənəcəyi gözlənilir.
Gürcüstanın şərqində bəzi yerlərdə yağıntıların əsasən qar şəklində olacağı gözlənilir”, - Ətraf Mühit üzrə Milli Agentliyin məlumatında qeyd olunur.
