İstintaq Xidməti saxta pul satmaqla bağlı iki fakt aşkar edib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta pul satmaqla bağlı iki faktı aşkar edilib, üç nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat verib.
İstintaq müəyyən edib ki, bir iş üzrə təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə, Tbilisidə 19900 ABŞ dolları məbləğində saxta 100 dollarlıq əskinas satıblar, ikinci halda isə Batumidə müxtəlif obyektlərdə təqsirləndirilən şəxs 4 ədəd saxta 100 larilik və 1 ədəd 50 larilik satıb.
Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci və ikinci hissələri ilə istintaq davam etdirilir.


