27 
Fev
2024
15:19
267

Narkotik cinayətinə görə tutulan xarici ölkə vətəndaşı olan ər və arvad həbs cəzasına məhkum ediliblər

Zuqdidi Rayon Məhkəməsi narkotik cinayətlərinə görə saxlanılan ər və arvad barəsində həbs qətimkan tədbiri seçib.

InterPress.ge xəbər verir ki, onlar Rusiya və Ukraynanın ikili vətəndaşıdır və 4 gün əvvəl Lars gömrük-keçid məntəqəsindən Gürcüstana daxil olublar.

Saxlanılma zamanı polis külli miqdarda narkotik vasitə olan “metadon”u bükülmüş vəziyyətdə götürüb. Onların narkotiki sərhəddən necə keçirə bildikləri məlum deyil.

Polis ümumilikdə 4 əcnəbi vətəndaşı saxlayıb. Qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, habelə külli miqdarda psixotrop maddələri əldə etmək və saxlamaq ittihamı ilə saxlanılıblar: 1994-cü il təvəllüdlü X.V., 1971-ci il təvəllüdlü İ.B. və 1972-ci il təvəllüdlü B.B. Qanunsuz olaraq narkotik vasitələrin alınması, saxlanması və Gürcüstana qeyri-qanuni gətirilməsi ittihamı ilə 1995-ci il təvəllüdlü P.K. saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261 və 262-ci maddələri ilə aparılır.

 

Bizimlə əlaqə saxlayın