Marneulidə gənc oğlanın avtomobilində güllələnməsi ilə bağlı Daxili İşlər Nazirliyi istintaqa başlayıb.
InterPress.ge-nin məlumatına əsasən, faktla bağlı hələlik saxlanılan yoxdur.
Hadisə ilə bağlı qəsdən sağlamlığa yüngül zərər vurma (120) və qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və daşımaq (236) maddələri ilə araşdırma aparılır.
Xatırladaq ki, bu gün Marneulidə gənc oğlan güllələnib.
Məlumata görə, avtomobilldə 3 güllə izi var.
Hazırda yaralı xəstəxanaya yerləşdirilib.

.jpg)