15 
Avq
2020
14:16
5004

Hökumət 4 ay ərzində kimlərin komunal xərclərini ödəyəcək? - İZAHAT

Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini cari ilin noyabr, dekabr və gələn ilin yanvar və fevral aylarını ödəyəcək.

InterPress.ge xəbər verir ki, bu haqda baş nazir Qiorqi Qaxaria açıqlama verib.

Kommunal xərclərin ödənilməsi eyni bundan əvvəl cari ilin mart, aprel və may aylarında necə ödənmişdi elə ödənəcək yəni, 200 kilovata qədər işığı və 200 kubmetrə qədər təbii qazı hökumət ödəyəcək. Maddi imkanlı şəxslər bu yardımdan imtina edə bilərlər. Xatırladaq ki, 200 kilovatdan və ya kubmetrdən artıq işlədənlər bütün xərci özləri ödəməli olacaq.

Elektroenerjinin qiymətinə gəlincə, paytaxtda 1k/saatın qiyməti ( ƏDV daxil olmaqla), 101 kv /saatdan 301 kv/saatadək 18. 5555 qəpikdir. Müvafiq olaraq Elektroenerjiyə 37 lari ödəyən şəxslər bu güzəştdən istifadə edəcək, təbii qaza gəlincə "Tbilisi energi" nin ayda 92 lari ödəyən müştəriləri bu güzəştdən yararlanacaq.

Digər regionlarda Energo pro Georgia-yaya ay ərzində 36 lari işıq pulu ödəyən şəxslər və "SOCAR GAZ"a ay ərzində 113 - 114 lari təbii qaza ödəniş edən şəxslər də bu güzəştdən yararlanacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər