28 
Okt
2026
11:50
226

İsraildə keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

İsraildə səslərin 41,9%-i hesablandıqdan sonra parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun bloku 120 yerlik Knessetdə 57 mandat, onun rəqibi Qadi Ayzenkotun bloku isə 47 mandat əldə edir.

InterPress.ge xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

İlkin nəticələrə görə, əsasən ərəb siyasi qüvvələrini birləşdirən və heç bir bloka daxil olmayan “Birgə Siyahı” 12 mandat, “Raam” partiyası isə 4 mandat qazanıb.

Seçkilərdə seçici fəallığı 77,7% təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər