29 
Okt
2026
11:05
172

Marneulidə bışaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanıldı - VİDEO

Marneuli bələdiyyəsində yerləşən mağazalardan birində mübahisə zamanı kişiyə soyuq silahla ağır xəsarət yetirməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsindəki mağazalardan birində yaranan mübahisə zamanı bıçaqdan istifadə edərək kişiyə ağır xəsarət yetirib və hadisə yerindən qaçıb.

Yaralı kişi tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən şəxsi hadisənin isti izləri ilə saxlayıblar.

Cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın