Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava baş verib
Ermənistan parlamentində deputatlar arasında fiziki qarşıdurma yaşanıb.
InterPress.ge xəbər verir ki, bu barədə “Armenpress” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan Milli Məclisində Audit Palatasının üzvünün seçilməsi məsələsi müzakirə olunarkən deputatlar arasında mübahisə davaya çevrilib.
Məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Taron Çaxoyan çıxışı zamanı “Güclü Ermənistan” partiyasının lideri Narek Karapetyana müraciət edib. O bildirib ki, Karapetyanın əmisi oğlu parlament seçkilərindən əvvəl səsləndirdiyi fikirlərə görə hələ də üzr istəməyib.
Həmin açıqlamada hakimiyyətə gələcəkləri təqdirdə qadınların ehtiyaclarını qarşılamaq məqsədilə ayrıca nazirlik yaratmağı planlaşdırdıqları bildirilmişdi.
Nəşrin yazdığına görə, Narek Karapetyan Çaxoyanın çıxış etdiyi tribunaya yaxınlaşıb və bundan sonra parlamentdə fiziki qarşıdurma başlayıb.
Hadisədən sonra Ermənistan Milli Məclisinin iclasında fasilə elan edilib.


