29 
Fev
2024
09:17
399

İdxal olunan un üçün vergi sentyabrın 1-dək uzadılıb

Hökumətin qərarına əsasən, Gürcüstana idxal olunan unun 250 larilik vergisi sentyabrın 1-dək uzadılıb.

InterPress.ge xəbər verir ki, qərar 2023-cü il iyunun 12-dən qüvvəyə minib və “2024-cü il sentyabrın 1-dək qüvvədədir”.

Baş nazir İrakli Kobaxidze qərarı imzalayıb.

Xatırladırıq ki, ötən il Un İstehsalçıları Assosiasiyası və yerli taxıl fermerləri Gürcüstanda xaricdən gətirilən una vergi tətbiq edilməsini tələb etmişdilər. Onlar buna səbəb kimi Rusiyanın buğdaya tətbiq etdiyi gömrük vergisini göstəriblər ki, bu da onların fikrincə qeyri-bərabər rəqabət şəraiti yaradır.

Onların xahişindən sonra hökumətin qərarına əsasən, unun idxal vergisi 2023-cü ilin iyunundan qüvvəyə minib və hər ton üçün 50 lari olub. Daha sonra, 2023-cü ilin 10 oktyabr tarixindən bu ödəniş 250 lariyə yüksəlib. Vergi 2024-cü il martın 1-dək qüvvədə olmalı idi.

Məlumat üçün bildirək ki, idxal vergisi undan əlavə, qiyməti bir ton üçün 100 lari olan arpa və kəpəyə də şamil edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər