15 
Avq
2020
15:33
4921

Vətəndaşların nəzərinə! 200 lari üçün qeydiyyat saytında yaranan problem haqda açıqlama verildi

0-dan 17 yaşdək uşaqlara 200 lari yardım etmə məqsədilə yaradılan daxmareba.moh.gov.ge portalı texniki məhdudiyyətlə işləyir. Buna səbəb isə çox sayda vətəndaşın qeydiyyatdan eyni vaxtda keçməsi olub.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi mılumat verib.

"Məcburi köçkün, əmək, səhiyyə və sosial müdafiə nazirliyi olaraq yaranmış məhdudiyyətlərdən dolayı üzr istəyirik. Problem üzərində mütəxəssislər işləyir və qısa müddətdə texniki məhdudiyyət aradan qaldırılacaq", - deyə səhiyyə nazirliyindən bildirilir.

Qeyd edək ki, qeydiyyat 1 dekabr tarixinədək davam edəcək. Sözügedən yardımı almaq hər bir vətəndaş üçün əlçatan olacaq. Bunun üçün daxmareba.moh.gov.ge-də qeydiyyatdan keçmək mümkün olacaq.

Qeydiyyatdan keçə bilməyən şəxslər sosial yardım agentliyinə, Liberti bank filiallarına, Gürcüstanın regional inkişaf və infrastruktur nazirliyinə, yerli özünüidarəetməyə (meriya), ədliyyə evinə, ictimai mərkəzlərə və kənd icra nümayəndəliyinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 1505 qaynar xəttə zəng edə bilərlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər