Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili istefa verib.
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Onların məlumatlarına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze səhiyyə naziri ilə danışıb, bundan sonra Zurab Azaraşvili istefa verib.
“Hökumət başçısı yaxın günlərdə yeni səhiyyə nazirini təqdim edəcək”, - məlumatda deyilir.
