Rustavinin Todria küçəsində gənc oğlan hündürlükdən yıxılaraq ölüb.
InterPress.ge xəbər verir ki, 19 yaşlı oğlan yaşayış binasının 8-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Təcili yardım briqadası gənci “Klinika Rustavi”yə aparıb, lakin xəsarətləri o qədər ağır olub ki, həkimlər onu xilas edə bilməyib.
Todria küçəsinin sakinləri gəncin intihar etdiyini güman edirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
