Gürcüstanda bu gün koronavirusa yoluxan 15 nəfər haqda açıqlama verildi
"Koronavirusun 15 yeni halından, 9-u epidemioloji partlayış zonasından, 4 -ü virusdaşıyıcısı ilə təmas olan, 1-i isə xaricdən daxilolmadır. Xaricdən daxilolma yük avtomobili sürücüsüdür. Bir xəstənin isə yoluxma mənbəyi araşdırılır".
InterPress.ge xəbər verir ki, bu barədə Yoluxucu xəstəliklər xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlayıb.
"Sağalanların sayı 3 dəfə artaraq 1988 nəfərə çatdı. Covid mərkəzlərdə 216 xəstə müalicə alır. Dünən 7 kritik xəstə var idi, xəstənin birinin vəziyyəti yaxşılaşıb. Ağır vəziyyətli xəstələrin sayı 19-dur. Onlarda proqres müşahidə olunmur.
Mərkəzimizə gəlincə dünən 31 xəstəmiz var idi və yeni xəstə mərkəzimizə yerləşdirilməmişdi. 2 nəfər isə sağalıb və indi mərkəzimizdə 29 xəstə müalicə alır. 1-nin vəziyyəti orta ağırdır. Klinikamızda 2 ağır xəstə var, qalanların vəziyyəti isə orta və orta yüngüldür", - de Marina Ezuqbaia bildirib.


