04 
Mar
2024
15:15
178

Surroqat ananın doğuş/qeysəriyyə əməliyyatı xərcləri artıq dövlət tərəfindən maliyyələşdirilməyəcək

Surroqat ananın doğuş/qeysəriyyə əməliyyatı xərcləri artıq dövlət tərəfindən maliyyələşdirilməyəcək.

InterPress.ge xəbər verir ki, bu barədə hökumətin qərarı martın 1-də dərc olunub.

"Surroqat doğuş/qeysəriyyə əməliyyatı xərcləri dövlət universal səhiyyə proqramı çərçivəsində ödənilmir", - sənəddə deyilir.

Xatırladırıq ki, hökumət Gürcüstanda əcnəbilər üçün süni mayalanma və surroqat analığı qadağan etməyi planlaşdırmışdı və bu yolla yalnız Gürcüstan vətəndaşları uşaq dünyaya gətirə bilərdi. Bununla bağlı ötən il parlamentdə qanun layihəsi irəli sürülsə də, surroqat analıq və süni mayalanma qaydalarının sərtləşdirilməsi haqqında qanun layihəsi üçüncü oxunuşdan çıxarılıb. 

Məlumat üçün bildirək ki, Xidmətin İnkişafı Agentliyinin 2023-cü il məlumatına görə, ölkə üzrə 3036 surroqat ana qeydiyyatdadır. Bundan əlavə, 2012-ci ildən 2023-cü ilin noyabrına qədər Gürcüstanda surroqat ana ilə 5393 uşaq doğulub.

Bizimlə əlaqə saxlayın