05 
Mar
2024
10:58
231

Meşədə qəsdən yanğın törədən gənc cərimələndi

Dedoplistskaroda meşədə gənc oğlan qəsdən yanğın törədib.

InterPress.ge xəbər verir ki, bu, Fövqəladə Hallar Xidmətinin məlumatında deyilir.

Məlumata görə, adıçəkilən şəxs 500 lari məbləğində cərimə olunub.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yanğın-xilasetmə qrupunun əməkdaşları Dedoplistskaro rayonu ərazisində apardıqları patrul xidməti zamanı yanğın ocağı aşkar ediblər. Yanğın-xilasetmə qrupunun üzvləri əraziyə baxış keçirərkən qəsdən yanğın törədən gənci görüblər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin, eləcə də yerli bələdiyyənin müvafiq xidmətlərinin və Ətraf Mühitin Mühafizəsi Xidmətinin əməkdaşları cəlb olunub. Adıçəkilən şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 lari məbləğində cərimə olunub.

 

 

 

Bizimlə əlaqə saxlayın