Gürcüstanda qızıl üzük bahalaşıb
Dünya bazarlarında qızılın qiyməti yeni rekordlar qırır.
InterPress.ge xəbər verir ki, son bir həftə ərzində bu qiymətli metalın qiyməti təxminən 5% artıb.
Hazırda Nyu-York Comex birjasında aprel müqavilələrinin qiyməti 1 unsiya üçün 2130 dollar təşkil edir.
Qlobal bazarlarda qızılın qiymətinin artmasının əsas səbəblərindən biri ABŞ-da istehsal və tikinti xərclərinin azalması olub ki, bu da FED-in 2024-cü ilin ikinci yarısında əsas faiz dərəcələrini azaltmağa başlayacağı gözləntilərini gücləndirir.
Bundan əlavə, dünyanın mərkəzi banklarında qızıla yüksək tələbat var. Tələbatın artması Rusiyanın Avropa İttifaqı və ABŞ-da 300 milyard dollara yaxın qızıl-valyuta ehtiyatlarının dondurulmasından sonra qeydə alınır. Qeyd edək ki, ötən 2023-cü ildə G20 ölkələri qızıl ehtiyatlarını 213 ton artırıb.
Gürcüstanda da qızılın qiyməti qalxır. Sakstat-ın 2024-cü ilin fevral məlumatlarına görə, 958 nümunə qızıl nikah üzüyünün qiyməti bir il ərzində 4,85% artıb.


