Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Nika Melia və Nika Qvaramiya “Axali” partiyasında birləşdiklərini rəsmən elan ediblər

404
Nika Melia və Nika Qvaramiya “Axali” partiyasında birləşdiklərini rəsmən elan ediblər
Dinləmək üçün basın

Bu gün Nika Melia və Nika Qvaramiya “Axali” partiyasında birləşdiklərini rəsmən elan ediblər.

Bu gün Nika Melia və Nika Qvaramiya “Axali” partiyasında birləşdiklərini rəsmən elan ediblər.

InterPress.ge xəbər verir ki, hazırkı məlumata görə, partiya sıralarına Nino Kvitaişvili, Darecan Tsvitariya, Ana Qoqoladze, Nodar Çaçanidze, Maya Kopaleişvili, Dimitri Bidzinaşvili, Giorgi Kirtadze, Mirdat Kamadadze, Gedevan Popxadze və başqaları daxil olub.

Qvaramiya deyib ki, partiya nümayəndələri çətinliklərin öhdəsindən gəlməyi bilirlər.

“Partiyamızın adı “Axali”dir, biz birlikdəyik, Gürcüstanda yeni üsullarla dəyişikliklər üçün mübarizə aparırıq. Mübarizəni bildiyimizə görə dəyişəcəyik, sədaqətin qiymətini, vətənə xidmət etməyi bilirik, çətinliklərin öhdəsindən gəlməyi bilirik. Biz idarə etməyi də bilirik. Rəngimiz yaşıldır, yeniliyin, yeni başlanğıcların rəngidir, rəngimiz narıncıdır, sarsılmaz enerjinin, tərəqqinin və ümidin rəngidir. Biz yalnız irəli gedəcəyik, geriyə baxmayacağıq. Biz ilk növbədə öz ambisiyalarımızda özümüzü məğlub etməliyik və yalnız birləşməkdən sonra Bidzina İvanişvilini məğlub edə biləcəyik. Loqo həm də bizim birliyimizi, ahəngdar və sinxron fəaliyyətimizi yaxşı göstərir. Əsas olan şeylərdən biri də yeni simvola, yeni qələbə nömrəsinə çevrilən 4 rəqəmidir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →