Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

VMH sədri yanacağın bahalaşması ilə əlaqədar hökumətə sual ünvanlayıb

267
VMH sədri yanacağın bahalaşması ilə əlaqədar hökumətə sual ünvanlayıb
Dinləmək üçün basın

12 il ərzində yanacağın qiyməti təxminən iki dəfə artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkatın sədri Levan Xabeişvili bu gün bəyan edib.

Xabeişvilinin sözlərinə görə, hökumət yanacağın qiymətini niyə artdığını və qiyməti tənzimləmək üçün nə edəcəyini cavablandırmalıdır.

“İndi 20 litrə 62 lari ödəyirsinizsə, 2012-ci ildə 39 lari və 50 qəpiyə 20 litr almaq olardı. Gürcüstana yanacaq bugünkü qiymətlə 1 lari və 65 qəpiyə daxil olur, lakin Potidən, Batumidən yanacaqdoldurma məntəqələrinə paylanana qədər bu məbləği faktiki olaraq iki dəfə bahalaşdırırlar. Ona görə də bir sualımız var və ona cavab verməlidirlər: niyə insanların həyatını bahalaşdırıblar və onlar yanacaq tökəndə, istər benzin, istər dizel, niyə əvvəl ödədiklərindən artıq pul verirlər?”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →