Vaxtanq Qomelauri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Yusubov ilə görüş keçirib.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İclasda daxili işlər nazirinin müavini - Qiorqi Butxuzi və Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Qivi Tumanişvili də iştirak ediblər.
Görüş çərçivəsində tərəflər iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar.
Söhbət zamanı regionda baş verən hadisələrə və təhlükəsizlik sahəsində aktual məsələlərə də toxunulub.
Görüşün sonunda Vaxtanq Qomelauri azərbaycanlı həmkarına səmərəli əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.


