12 
Mar
2024
23:06
433

Anasına qarşı zorakılıq edən və onu ölümlə hədələyən gənc saxlanılıb

Qorinin kəndlərindən birində 19 yaşlı oğlan anasına qarşı zorakılıq və onu öldürməklə hədələməkdə ittiham edilərək saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə yerli “Mozaika” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, qarşıdurma qarşılıqlı mübahisə fonunda baş verib.

"Onlar dava ediblər, anası polisə zəng edib.  Ona iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, çox yaxşı oğlandır. Kənd əhalisi  onun heç bir pislik etməyəcəyinə zəmanət verər”, – yerli sakin nəşrə bildirib.

Məlumata görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin məişət zorakılığı və ailə üzvünə hədə-qorxu gəlməyi nəzərdə tutan 126-cı və 151-ci maddələri ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər