
DİQQƏT! Bu şəxslər üçün şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi martın 15-dən pulsuz olacaq
Gürcüstan qanununa edilən dəyişikliyə əsasən, 2024-cü il iyulun 1-dən 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Xidmətlərin İnkişafı Agentliyi məlumat verib.
Onların məlumatına görə, 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrini martın 15-dən pulsuz dəyişmək mümkün olacaq.
“Ədliyyə Nazirliyi 2024-cü il martın 15-dən qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqəsinin sahibləri üçün şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri ilə pulsuz dəyişdirilməsini təmin edəcək.
28 iyul 2011-ci il tarixinədək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqəsi ilə pulsuz əvəz edilməsi üçün ölkə üzrə Ədliyyə Evlərinə və Səyyar Ədliyyə Evlərinə müraciət edin", - deyə bildirilib.