17 
Mar
2024
11:06
331

Prezident vətəndaşlar seçkilərə çıxmasa nələr olacağından danışdı

"İnsanlar seçkiyə getməsə, iştirak etməsə, saxtakarlığın bütün üsulları qat-qat effektli olar. Elə isə gəlin seçək, səfərbər olmaq istəyirik, aktiv olmaq istəyirik, yoxsa mümkün saxtakarlıq üsullarına yol vermək istəyirik?"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili diaspora ilə onlayn görüş zamanı bildirib və o, səslərin saxtakarlıqdan necə qorunacağı ilə bağlı sualı cavablandırıb.

Prezidentin sözlərinə görə, saxtakarlıqdan müdafiənin yeganə effektiv forması və vasitəsi səslərin sayıdır.

"Biz administrasiya ilə qeyri-hökumət təşkilatları və xarici tərəfdaşlarımızla monitorinq aparan və onlarla çox sıx əlaqədə olan qrup yaratmışıq ki, bu prosesdə maneələr və bu seçki məntəqələrinin açılmasında süni ləngimələr olarsa, səsimizi çıxaraq və cavab tələb edək. Hazırda mənim əsas vasitəm bütün məsələlərdə olduğu kimi səsimi qaldırmaqdır”, - deyə prezident bildirib.

Bundan əlavə, Salome Zurabişvilinin sözlərinə görə, səfirlikdəki seçki məntəqəsinə getmək deportasiya üçün səbəb ola bilməz və buna bənzər nəzarət praktikası yoxdur.

"İkili vətəndaşlığı daha da sadələşdirmək üçün etdiyim bütün cəhdlər cavabsız qalıb. Bu ikili vətəndaşlıq prosedurları müxtəlif yollarla sadələşdirilə bilər.

Bu məkanda, xüsusən də Avropa ölkələrində belə deportasiyalara nəzarət yoxdur”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın