Avropa İttifaqı Gürcüstan hökumətinin razılığı olmadan işğal olunmuş separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində açılan Rusiya prezident seçkilərinin seçki məntəqələrini qanunsuz hesab edir.
InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında qeyd olunub.
"Avropa İttifaqı Gürcüstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam sadiq qalır”, - Aİ-nin Gürcüstandakı nümayəndəliyindən bildiriblər.
Xatırladırıq ki, Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. İşğal altında olan Sxinvali və Abxaziyada da seçki məntəqələri açılıb.
