Vladimir Putin beşinci müddətə Rusiya prezidenti oldu.
InterPress.ge xəbər verir ki,bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Rusiya Mərkəzi Seçki Komissiyası səslərin 100%-ni hesabladıqdan sonra rəsmi nəticələri dərc edib, ona görə Vladimir Putin səslərin 87,28%-ni qazanaraq beşinci müddətə Rusiya prezidenti olub.
Rusiya MSK-nın məlumatına görə, Putini 75 milyondan çox seçici dəstəkləyib.
Digər namizədlərə gəlincə, Nikolay Xaritonov 4,31 faiz, Vladislav Davankov 3,85 faiz, Leonid Slutski isə 3,20 faiz səs toplayıb.
