Prezident Salome Zurabişvili həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, bu barədə o, Facebook sosial şəbəkəsində paylaşım edib.
"Azərbaycan əsilli həmvətənlərimizi Novruz Bayramı münasibəti ilə təbrik edirəm!
Qoy təbiətin canlanmasının sevinci və firavanlığı hər birinizə baharın bu gözəl bayramını gətirsin!", - deyə o bildirib.
