23 
Mar
2024
22:59
317

Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində uçqun təhlükəsi yüksəkdir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın