Kobuletidə baş verən yol qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
InterPress.ge xəbər verir ki, təcili tibbi yardım briqadası onları Kobuletidəki "Evex" klinikasına aparıb.
Yol-nəqliyyat hadisəsi Kobuleti - Batumi dolama yolunda baş verib, iki avtomobil toqquşub. Hadisə bu gün səhər saatlarında baş verib. Faktla bağlı araşdırma aparılır.
