27 
Mar
2024
00:25
522

Gürcüstan millisi ilk dəfə futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə Avropa Çempionatının qrup mərhələsinə vəsiqə qazanıb.

InterPress.ge xəbər verir ki, futbol üzrə Gürcüstan milli komandası 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında gürcü futbolçular daha dəqiq olub - 4:2.

Gürcüstan millisi ilk dəfə Avropa çempionatının final mərhələsində çıxış edəcək. Yunanıstanlı futbolçular ardıcıl üçüncü dəfə qitə birinciliyinə vəsiqə qazana bilməyiblər. Yunanıstan komandası 2004-cü il Avropa çempionatının qalibidir.

Qeyd edək ki, qarşılaşma Tbilisidə “Dinamo Arena”da baş tutub.

Gürcüstan millisi Avropa çempionatında F qrupunda mübarizə aparacaq.Komandanın rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) komandaları olacaq.

Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Təsnifat turnirinin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci isə yarışın ev sahibi kimi avtomatik olaraq final hissəsində yer alan Almaniya komandasıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər