27 
Mar
2024
21:54
199

Gürcüstan Milli Bankı Avro 2024 kolleksiya sikkəsini buraxacaq

Gürcüstanın milli futbol komandasının tarixi qələbəsini və 2024-cü il Avropa çempionatında iştirakını qeyd etmək üçün Gürcüstan Milli Bankı Avro 2024 kolleksiya sikkəsini dövriyyəyə buraxacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Bank məlumat yayıb.

Milli Bankın məlumatına görə, Gürcüstan Milli Bankının Şurası müvafiq qərar qəbul edib. Milli Bank kolleksiya sikkəsinin dizaynı üzərində Gürcüstan Futbol Federasiyası ilə birlikdə işləyəcək.

“Gürcüstan futbol komandası ilk dəfə Avropa çempionatında çıxış edəcək. 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək və qrupun ilk oyununda Gürcüstan millisi iyunun 18-də Türkiyə millisi ilə qarşılaşacaq.

Milli Bankın yaydığı məlumata görə, 2022-ci ildə EuroBasket-in Gürcüstanda keçirilməsi ilə əlaqədar SEB “EuroBasket 2022” mövzusunda kolleksiya məqsədilə 5 lari nominalında gümüş sikkə buraxıb.- Milli Bankın yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər