29 
Mar
2024
18:00
310

Xüsusilə külli miqdarda rüşvət alma faktı ilə əlaqədar 3 nəfər saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hakimin hökmü əsasında qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət alma faktı ilə əlaqədar Gürcüstanın işğal olunmuş ərazilərindən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin Hospitallaşdırma növbəsinin keçmiş rəis müavinini və eyni mərkəzin iki keçmiş menecerini saxlayıblar, qanunsuz əməl törətmək üçün rüşvət verdiyinə görə isə iki nəfər barəsində ittiham irəli sürüblər.

InterPress.ge xəbər verir ki, məlumatı DTX-nin mətbuat xidməti yayıb.

DTX-dən verilən məlumata görə, aparılan istintaq nəticəsində müəyyən edilib ki, Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin Hospitallaşdırma növbəsinin keçmiş rəis müavini – T. M. və eyni mərkəzin menecerləri – N. K. və R. Ts. vəzifədə olduğu müddətdə “Vian” səhmdar cəmiyyətinin nümayəndəsi N. J. və M. X. ilə rüşvət sövdələşməsi aparıblar və külli miqdarda pul təzminatı müqabilində təcili tibbi yardım mərkəzinə daxil olmuş tələb əsasında pasiyentlərin elektron idarəetmə proqramına süni müdaxilə etməklə pasiyentlərin təcili hospitallaşdırılmasını yaxınlıqdakı tibb müəssisəsinə deyil, “Vian” səhmdar cəmiyyətinin tabeliyində olan klinikalara yönləndiriblər.

“Qeyd olunan cinayət sxemindən istifadə edərək 2020-ci ilin yanvarın 1-dən 2023-cü ilin iyulun 31-i də daxil olmaqla tibb müəssisələrinə bir neçə min pasiyenti yönləndirmək müqabilində N. K., R. Ts. və T. M. klinikalardan rüşvət olaraq ümumilikdə 532 126 lari pul vəsaiti alıblar.

Öz növbəsində, klinikaların nümayəndəsi N. J. məmurlara rüşvət verərək pasiyentləri cəlb etdiyinə görə bonus olaraq 149 010 lari, M.X. isə 76 771 lari gəlir əldə edib.

Qabaqcadan əlbir olan qrup tərəfindən xüsusilə külli miqdarda rüşvət alma və qanunsuz əməllər törətmək üçün rüşvət vermə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin ikinci hissəsinin “Q”, üçüncü hissəsinin “E” yarım bəndi və 339-cu maddəsinin 2-ci hissəsi ilə aparılır, bu da 11 ildən 15 ilədək müddətə bəbs cəzasını nəzərdə tutur.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılır” – məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər