5 Aprel tarixinədək gözlənilən hava şəraiti açıqlandı
Aprelin 2-3-də ölkənin əksər rayonlarında isti və yağmursuz hava şəraiti davam edəcək.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi qarşıdakı günlərin hava proqnozunu açıqlayıb.
Sinoptiklərin proqnozlarına görə, Qara dənizin sahilyanı ərazilərində və Kolxeti düzənliyində havanın temperaturu +24, +29 dərəcəyə qədər yüksələ bilər. Onların məlumatına görə, aprelin 4-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.
Tbilisidə isti və yağmursuz hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +22, +24 dərəcəyədək yüksələcək. Aprelin 4-də güclü şimal-qərb istiqamətində küləyi əsəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): 2-3 apreldə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): 2-3 apreldə hava isti və yağmursuz keçəcək. Havanın temperaturu gün ərzində +24, +26 dərəcəyədək yüksələcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Aprelin 2-3-də hava isti və yağmursuz keçəcək. Aprelin 4-də isti fonunda bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, güclü külək olacağı gözlənilir.