Gürcüstan hökuməti prezident Salome Zurabişvilini Litvaya işgüzar səfərə buraxmaqdan imtina edib.
InterPress.ge xəbər verir ki, Prezident səfərini aprelin 10-dan 12-nə planlaşdırmışdı.
Bununla bağlı Baş nazir İrakli Kobaxidze imzalayıb. Martın 27-də prezident müvafiq təsdiq üçün hökumətə müraciət edib. Zurabişvilinin Litvaya öz hesabına gedib-getməyəcəyi məlum deyil.
Hökumətin prezidentin xarici ölkəyə səfərindən imtina etməsi ilk dəfə deyil. “Gürcü arzusu” hökumətin icazəsi olmadan Aİ ölkələrinə getdiyinə görə prezidentə qarşı impiçment proseduru da başlatmışdı.
