04 
Apr
2024
19:29
399

Marneulidə iftar süfrəsi təşkil edilib

Marneuli bələdiyyəsinin yerli özünüidarəetməsi, Ramazan ayı ilə əlaqədar olaraq müsəlman icmasının şərəfinə iftar süfrəsi təşkil edib.

InterPress.ge xəbər verir ki Marneuli bələdiyyəsinin meri Kənan Ömərov,  Sakrebulonun sədri Amiran Qiorqadze ilə birlikdə Müsəlman İdarəsinin dini liderlərini, Kvemo Kartli Regional Administrasiyasının və qonşu Munisipalitetin rəhbərlərini, Gürcüstan Parlamentinin üzvlərini, diplomatik korpusun nümayəndələrini və möminləri şam yeməyində qəbul edib.

 Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Bütün Gürcüstanın Şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Parlamentinin üzvləri Savalan Mirzoyev və Zaur Darğallı, Sakrebulonun sədri Amiran Qiorqadze və Türkiyə Respublikasının Gürcüstandakı səfirinin müavini Kazım Kartal və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Məhəmməd Şamilov şam yeməyində iştirak edən ictimaiyyətə müraciət ediblər. 

İftar süfrəsində, Kvemo Kartli üzrə dövlət nümayəndəsinin birinci müavini Qiorqi Şinjikaşvili, Marneuli Munisipaliteti merinin müavini Zurab Panqani, Marneuli Munisipaliteti Sakrebulosunun sədrinin birinci müavini Tariyel Məmmədov, müavinlər Riçard Qiqani və Rövşən İskəndərov, din xadimləri, yerli özünüidarəetmə nümayəndələri, Marneuli Munisipaliteti Sakrebulosunun üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər