Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Prezident “Xarici agentlər haqqında” qanuna veto qoyacaq

249
Prezident “Xarici agentlər haqqında” qanuna veto qoyacaq
Dinləmək üçün basın

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanuna veto qoyacaq.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanuna veto qoyacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Prezidentin parlament katibi Qeorqi Msxiladze məlumat verib.

“Prezident, əlbəttə ki, konstitusiya hüququndan istifadə edəcək və sözügedən qanuna veto qoyacaq”, - Msxiladze bildirib.

Qanunun təsirinə məruz qala bilən müxalif “Mtavari Arxi” televiziya şirkəti bildirib ki, Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binasının girişində etiraz aksiyası başlayıb və müxalifət xarici agentlər haqqında qanunun geri götürülməsini tələb edir.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Sebastyan Fişer bildirib ki, qanun qəbul olunsa Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →