Bir aylıq orucdan sonra Gürcüstan müsəlmanları bu gün Ramazan bayramını qeyd edirlər.
InterPress.ge xəbər verir ki, Gürcüstanın müftisi Adam Şantadze Batumi Mərkəzi Məscidində bayram namazını qıldırıb.a
Bayram namazı qılan şəxslərin bir hissəsi namazı məscidə bitişik küçədə qılıb.
Acarıstan hökumətinin sədri digər hökumət nümayəndələri ilə birlikdə müsəlmanları bayram münasibətilə təbrik ediblər.
