20 
Avq
2020
15:29
456

Ezuqbaia bu gün koronavirusa yoluxanların haradan olduğlarını açıqladı

"Koronavirusun təsdiqlənmiş 9 yeni halının 4-ü Lengeri kəndindəndir, 3-ü xaricdən daxilolmadır, 1-i isə tibb işçisidir. Digər birinin yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia açıqlama verib.

Onun sözlərinə görə, hal-hazırda sağlamlıq durumları kritik olan 6 xəstə var. Onlar Covid mərkəzlərdə reanimasiya şöbəsində müalicələri alırlar.

"Bu gün sağlamlığına 10 xəstə qovuşub. Dünənə qədər sağalanların sayı 1098 idi, indi isə yeni sağalan xəstələrin sayı da əlavə olunaraq ümumilikdə 1108 nəfəri təşkil etdi. Sağalanların say faizi isə yenə 81 %-dir. Hal-hazırda covid mərkəzlərdə 245 xəstə müalicə alır.

245 xəstə sağlamlıq vəziyyətlərinə görə belədir : dünən kritik ağır vəziyyətdə 5 xəstəmiz var idi və 1 nəfər də əlavə olunaraq 6 nəfər Covid mərkəzlərdə reanimasiya şöbəsində müalicə alırlar. 22 xəstənin vəziyyəti ağırdır. Qalan xəstələrin çoxunun sağlamlıq durumları orta ağır və digərlərinin durumları isə yüngül və əlamətlərsiz qiymətləndirilir ",- dediM. Ezuqbaia.

O eləcədə Tbilisinin yoluxucu xəstəliklər mərkəzində müalicə alan xəstələrin sağlamlıq durumları haqqında da danışdı və qeyd edir ki, onların mərkəzlərində sağlamlıq durumu kritik olan yalnız 1 nəfər var.

Bizimlə əlaqə saxlayın