Parlamentin yaxınlığında, Çiçinadze küçəsində aksiya iştirakçıları ilə polis arasında fiziki qarşıdurma baş verib.
InterPress.ge xəbər verir ki, hüquq-mühafizə orqanları aksiya iştirakçılarını indi olduqları Çiçinadze küçəsini və Parlamentin girişini tərk etməyə çağırıblar.
Hazırda orada müxalifət partiyalarının liderləri Nika Melia, Nika Qvaramia, Sofo Caparidze və başqaları var.
