Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Salome Zurabişvili: Rusiyanın strategiyası Gürcüstanda təxribat təşkil etməkdir

261
Salome Zurabişvili: Rusiyanın strategiyası Gürcüstanda təxribat təşkil etməkdir
Dinləmək üçün basın

Gürcüstan prezidenti Salome Zurabişvili deyir ki, o, gürcü xalqının səsi olacaq və “rus qanunu”na mütləq veto qoyacaq.

Gürcüstan prezidenti Salome Zurabişvili deyir ki, o, gürcü xalqının səsi olacaq və “rus qanunu”na mütləq veto qoyacaq.

InterPress.ge xəbər verir ki, bunu Prezident Salome Zurabişvili CNN-ə müsahibəsində qeyd edib.

Prezident həmçinin qeyd edib ki, Rusiyanın strategiyası Gürcüstanda təxribat və sabitliyin pozulmasını təşkil etməkdir ki, bu da Avropa İttifaqına daxil olmaq prosesinə mane olacaq.

“Gürcüstan Avropa İttifaqına daxil olmaq yolundadır, dekabrda biz Avropa İttifaqının üzvlük danışıqlarının başlaması ilə bağlı cavabını almalıyıq. Hazırda bu prosesə yalnız bir ölkə müdaxilə etməyə hazırdır - bu ölkə Rusiyadır. Bu, Gürcüstana qarşı hibrid müharibədir. Buna misal olaraq bizim avropalı və amerikalı tərəfdaşlarımız Gürcüstanın avrointeqrasiyasına mane olan rus qanununu deyirlər.

Bir çox gürcü gənci bu qanunun qəbuluna etiraz edir. Onlar öz mövqelərini açıq şəkildə ifadə edirlər. Mənim vetom onların səsini eşitdirmək olacaq. Oktyabrın 26-da seçkilərimiz var, o zaman Gürcüstan öz seçimini edəcək. Bu tarixə qədər qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin fəaliyyətinin qorunub saxlanılması vacibdir. 

Bu, Rusiyanın Gürcüstanı təhrik etmək strategiyasıdır. Bu, Rusiyanın Gürcüstandakı yumşaq gücüdür. Onlar Gürcüstan cəmiyyətini parçalamaq istəyirlər”, - deyə prezident bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →