Gürcüstan 2028-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi etmək üçün müraciət edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
“2028-ci ildə Çempionlar Liqasının finalını yeni tikilən stadionda keçirmək üçün müraciət edəcəyik. Bu, gürcü azarkeşlər üçün mühüm hədiyyə olacaq, paytaxtımızın unikal stadionu olacaq”, - Kobaxidze bildirib.
Kobaxidze bu gün Gürcüstanda yeni stadionun tikiləcəyini açıqlayıb.
