Qardabani bələdiyyəsinin Qaracala kəndində mağazadan oğurluq edilib.
InterPress.ge xəbər verir ki, mağazadan pul və siqaret götürülüb.
Məlumata görə, ümumi itki 5 min lariyə qədərdir. Cinayətkarın mağazanın pəncərəsindən necə girdiyini göstərən kamera yazıları əldə edilib.
Məlumat üçün bildirək ki, Qardabanidəki bu mağaza ikinci dəfə qarət edilir.
.jpeg)