Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Anna Fotiqa: Gürcüstanda Rusiyanın təsirini yaymağa çalışırlar

228
Anna Fotiqa: Gürcüstanda Rusiyanın təsirini yaymağa çalışırlar
Dinləmək üçün basın

"Gürcüstan əhalisi kütləvi şəkildə buna [xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə] qarşıdır və biz onları dəstəkləyirik”.

"Gürcüstan əhalisi kütləvi şəkildə buna [xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə] qarşıdır və biz onları dəstəkləyirik”.

InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının birgə brifinqinin keçirildiyi Strasburqda Avropa Parlamentinin deputatı Anna Fotiqa bildirib.

Onun qiymətləndirməsinə görə, təklif olunan qanun “Kreml qanunvericiliyini bölüşür və vətəndaş cəmiyyətini təhdid edir”.

"Biz Gürcüstanı və gürcü xalqını dəstəkləmək üçün buradayıq. Biz keçən il məhz bu məsələyə görə birləşdik ki, Gürcüstanın namizəd statusuna səs verək. Bu, həqiqətən də gürcü xalqının iradəsinin, Qərb strukturlarına yenidən qoşulmaq üçün uzunmüddətli istəklərinin qiymətləndirilməsi idi. Keçən il gürcülərin rus qanununa qarşı genişmiqyaslı nümayişlərinin şahidi olduq. Biz gürcü cəmiyyətinə nəzarət etmək cəhdini görürük. Onlar Gürcüstanda Rusiyanın təsirini yaymağa çalışırlar və deməli, söhbət təkcə bu qanundan getmir. Bu ümumi tendensiyadır. Gördüyümüz kimi, Gürcüstan əhalisi kütləvi şəkildə buna qarşıdır və biz onları dəstəkləyirik”, - Anna Fotiqa bildirib

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →