Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında memorandum imzalanıb

349
“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında memorandum imzalanıb
Dinləmək üçün basın

“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

“Azərbaycan Evi” və “Qanun” Hüquqi Yardım Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

InterPress.ge xəbər verir ki, sənədi “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov və “Qanun” Hüquqi Yardım Mərkəzinin baş direktoru, vəkil Əli Bədirov imzalayıblar.

Sənədə əsasən, “Qanun” Hüquqi Yardım Mərkəzinin hüquqşünasları bir il ərzində “Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardım göstərəcəklər.
Vətəndaşlar hüquqi problemlərin təsnifatı barədə məlumatlandırılacaq, onlara dövlət orqanlarına ərizə və şikayətlərin yazılması qaydaları öyrədiləcək, bütün istiqamətlər üzrə məsləhətlər veriləcək.

Bəzi hallarda məhkəmə iddialarının qaldırılması və iddialara cavabların yazılması istiqamətində də xidmətlər göstəriləcək.

E-mail: [email protected]
Əlaqə nömrəsi: +995599109690 


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →