27 
Apr
2024
21:56
1006

Gürcüstanda göyərti bahalaşıb

Gürcüstanda göyərti bahalaşıb.

InterPress.ge xəbər verir ki, yerli bazarlarda dəyər kifayət qədər qısa müddətdə dəyişib və demək olar ki, iki dəfə artıb.

Daha dəqiq desək, keşniş, cəfəri və şüyüdün 100 qramı 1,3 lari, eyni miqdarda təzə soğanın qiyməti 3,5 lari, salat yarpağının 100 qramı isə 4 lari olub.

Qablaşdırılmış göyərtiyə gəlincə, 50 qramlıq keşniş, cəfəri və şüyüd 0,95 lari, eyni çəkidə yaşıl soğan 1,5 lari, nanə, reyhan və arugula 1,8 lari, 150 qram ispanaq isə 2,90 lari olub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər