Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir danışıqlara başlanılması üçün Aİ-yə müraciət edib

291
Baş nazir danışıqlara başlanılması üçün Aİ-yə müraciət edib
Dinləmək üçün basın

" Biz Avropa İttifaqını 2022-ci ilin iyun ayından fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və danışıqları açmağa çağırırıq".

"Biz Avropa İttifaqını 2022-ci ilin iyun ayından fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və danışıqları açmağa çağırırıq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze ümumi yığıncaqda çıxışı zamanı bildirib.

Hökumət başçısı hər kəsi "gürcü xalqının qayğısına qalmağa, ölkəni narahat etmək istəyən “NGO”ların qara pullarını gizlətməməyə" çağırır.

"Artıq bir neçə aydır ki, bizi hədələyirlər ki, Mərkəzi Seçki Komissiyasının və Məhkəmənin müstəqilliyinə icazə verməsək, Avropa İttifaqı danışıqlara başlamayacaq. Burada bir şeyi demək lazımdır: Gürcüstan demokratiya, qanunun aliliyi, insan haqları, institutların gücü, korrupsiyanın olmaması və iqtisadi inkişaf baxımından hər iki ölkədən bir baş üstün olduğu halda, bu gün Ukrayna və Moldova ilə danışıqlara başlayıblar. Ona görə də, ilk növbədə, ədalətin tezliklə bərpası Avropa İttifaqının maraqlarına uyğundur.

Gürcüstan əhalisinin böyük əksəriyyətinin mövqeyini ifadə edən şəxslər bu gün burdadır. Biz Avropa İttifaqını 2022-ci ilin iyun ayından fərqli olaraq Gürcüstan cəmiyyətinə lazımi hörmət göstərməyə, ədaləti bərpa etməyə və danışıqlara başlamağa çağırırıq. Hər kəsi gürcü xalqının qayğısına qalmağa, ölkəni narahat etmək istəyən “NGO”ların qara pullarını gizlətməməyə çağırırıq. Bu, gürcü xalqına qarşı ləyaqətli və məsuliyyətli münasibət olacaq”, - deyə baş nazir bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →