Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş inşa müsabiqəsi elan edir.
InterPress.ge xəbər verir ki, inşaların qəbul tarixi 6 maydır.
"Mövzu: “Ulu Öndərin ömür yolu”
İlk üç yerə layiq görülən inşa müəllifləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
İnşaları “Ulu öndərin ömür yolu” başlığı altında [email protected] mail ünvanına, facebook hesabımıza göndərə bilər və ya mərkəzimizə təhvil verə bilərsiniz.
Faylın sonunda müəllifin ad-soyadını və əlaqə nömrəsini qeyd etməyi unutmayın.
Əlavə məlumat üçün 588 88 39 19 nömrəsi ilə əlaqə saxlayın."- elanda bildirilir.
