Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Hakim qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısını həbs cəzasına məhkum edib

465
Hakim qətlə yetirilən Aytac Şahmarovanın anası və dayısını həbs cəzasına məhkum edib
Dinləmək üçün basın

14 yaşlı Aytac Şahmarovanın qəsdən öldürülməsi işi üzrə məhkəmə zorla ərə vermək və cinayət barədə xəbər verməməkdə təqsirləndirilərək saxlanılan Yeganə Məhərrəmova və Natiq Məhərrəmovu təqsirli bilib.

InterPress.ge xəbər verir ki, Rustavi Şəhər Məhkəməsinin hakimi Maya Şoşiaşvilinin qərarı ilə Yeganə Məhərrəmova 3 il, Natiq Məhərrəmov isə 3,6 il müddətinə azadlıqdan məhrum edilib.

Aytac Şahmarovanın anası və dayısı zorla ərə verməkdə və cinayət barədə xəbər verməməkdə təqsirli biliniblər.

Xatırladırıq ki, 14 yaşlı Aytac Şahmarova 2023-cü il oktyabrın 6-da Saqareconun Ləmbəli kəndində öldürülüb. Bir neçə ay əvvəl azyaşlı uşağı evlənmək məqsədilə qaçıran 28 yaşlı Alim Sadıqov qətl törətməkdə təqsirli bilinərək saxlanılıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →