Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlaq Gələcək kitabxanası fəaliyyətini davam etdirir

266
Parlaq Gələcək kitabxanası fəaliyyətini davam etdirir
Dinləmək üçün basın

Parlaq Gələcək kitabxanası qısa müddətli fasilədən sonra fəaliyyətini davam etdirir.

Parlaq Gələcək kitabxanası qısa müddətli fasilədən sonra fəaliyyətini davam etdirir.

InterPress.ge xəbər verir ki, bu barədə kitabxana rəsmi Facebook səhifəsində məlumat yayıb.

"Dəyərli gənclər nəzərinizə çatdırırıq ki, kitabxanamız qısa müddətli fasilədən sonra yenidən xidmətinizdədir. Sizlərə bir şad xəbərimiz daha var. Kitabxanamız artıq həm də bir tədris mərkəzi kimi fəaliyyət göstərəcək. Yəni siz dəyərli gənclərimizin burada tamamilə təmənnasız bu və ya digər kursda iştirak etmə imkanı olacaq. Odur ki, tələsin!
Kurslarımıza qeydiyyatı açıq elan edirik!
Yeni dərslər may ayının altısı  ( 6) başlayacaq.
Dərs müddəti bir saat olmaqla həftədə üç dəfə dörd ay davam edəcək.
 Qeydiyyatdan on iki- on səkkiz (12-18) yaş arası şəxslər keçə bilər. 
Dərslər əyani formada keçirilir.
Kurslar ödənişsizdir(pulsuz).
Fənnlərimiz:
Azərbaycan dili.
 Sazda ifa etmə
 Gürcü dili.
Şahmat.
Qeydiyyat üçün aşağıdakı sorğunu tamamlayın və mətnin sonunda qeyd edilmiş əlaqə vasitələri ilə yollayın.
Ad:
Soyad:
Şəxsiyyət vəsiqəsinin surəti:
Təvəllüd:
Valideyn ad , soyadı:
Valideyn əlaqə nömrəsi:
Yazılmaq istədiyiniz fənn:
+995577 990 234
+995577 643 234
Ünvan: Qaraçöp, Keşəli, İormuğanlı ictimai məktəbinin yaxınlığı"-məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →