Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Kobaxidze Avropa Komissiyasının baş direktoru ilə görüşüb

205
İrakli Kobaxidze Avropa Komissiyasının baş direktoru ilə görüşüb
Dinləmək üçün basın

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Xert Yan Kupman ilə görüşüb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Xert Yan Kupman ilə görüşüb.

InterPress.ge xəbər verir ki, söhbət zamanı Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq, o cümlədən namizəd statusunun verilməsinin sonrakı prosesi, üzvlüklə bağlı danışıqların başlanmasının vacibliyi və Gürcüstanın Avropa Komissiyasının müəyyən etdiyi 9 addımın yerinə yetirilməsi istiqamətində əldə etdiyi irəliləyişlərə toxunulub.

Söhbət mövzularından biri də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub. Bildirilib ki, qanun layihəsinin yeganə məqsədi şəffaflıqdır və o, qeyri-hökumət təşkilatlarının üzərinə yeganə öhdəliyi - alınan maliyyə vəsaitinin hər il bəyan edilməsini qoyur.

Baş nazir vurğulayıb ki, Aİ-yə üzvlük Gürcüstan hökumətinin xarici siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə islahatlar davam etdiriləcək. İrakli Kobaxidze hökumətin bu prosesdə Aİ institutları və üzv dövlətlərlə sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →