Gürcüstan vətəndaşlarının səsi eşidilməlidir! Dinc etiraz hüququ qorunmalıdır.
InterPress.ge xəbər verir ki,bunu Böyük Britaniyanın Gürcüstandakı səfirliyi bildirir.
“Biz cari hadisələri diqqətlə izləyirik. Gürcüstan vətəndaşları Avro-Atlantik ailənin üzvü olmaq istədiklərini aydın və yüksək səslə bildirirlər.
Onların səsi eşidilməlidir. Dinc etirazı ifadə etmək hüququ qorunmalıdır”, - səfirliyin bəyanatında deyilir.
