InterPrese.ge xəbər verir ki, Tbilisidən Qərbi Gürcüstan istiqamətində hərəkət edən sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1 nəfər xəsarət alıb, yaralının vəziyyəti stabildir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Daxili İşlər Nazirliyindən məlumata görə, hadisə ilə bağlı Mülki Məcəllənin 276-cı maddəsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 2-ci hissəsi ilə araşdırma aparılır.
